"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Maynts" klubu ilə oyundan sonra brifinq keçirib. Komandamızın 2:3 hesabı ilə uduzduğu matçda ilk qolunun müəllifi olan hücumçu Sportnet-az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandıırb.
- "Neftçi"dən sonra "Qəbələ"də də avrokuboklarda ilk qolunu vurdun...
- Əlbəttə, belə səviyyəli oyunda, belə stadionda qol vumaq çox xoşdur. Azarkeşlərə minnətdaram ki, bizi dəstəkləməyə gəldilər. Açığı, vurduğum qol elə də çox sevindirmir. Çünki məğlub olduq. Hərçənd, hesabda 2:1 irəlidə idik. Ancaq "Matnts" çox güclü komanda olduğunu meydanda göstərdi. Təəssüf ki, qələbəni əldən buraxdıq.
- Qrupda hər 2 oyunda uduzmusunuz. Bundan sonra 1/16 finala çıxmaq şansları necədir?
- Çətin olacaq. Ancaq biz yarıyolda dayanmayacağıq. İndi bu oyunu unutmaq istəyirik. Hazırda əsas məqsədimiz çempionata köklənməkdir. Bizim "Qarabağ"la qarşıda vaciib oyunumuz olacaq. "Bu, "Maynts"dan asan matç olmayacaq. Bundan sonra "Sen-Etyen" haqda düşüncəəyik.
- Penaltini sənin vuracağın oyundan əvvəl müəyyənləşmişdi, yoxsa?
- Baş məşqçi oyundan əvvəl dedi ki, müəyyən penalti vuranlar olacaq. Mən ona işarə etdim ki, özümə əminəm, olar mən zərbəni yerinə yetirim. Qriqorçuk da dedi ki. elədirsə, penaltini sən vur.
- Qrupumuzu necə dəyərləndirərdin?
- Çox çətin qrupumuz var. Gərək ədalətli mühakimə yürüdək. Hər 3 rəqibimizdə futbolçular yüksək transfer qiymətinə malikdir. Biri 3, biri 5 milyonluq futbolçudur. Fikrimzə, biz öz yaxşı oyumuzu göstərmək istəyirik. Sonda qrupda yerlər neçə olacaq, bunu yekunda biləcəyik. Onda görəcəyik ki, qrupda sonuncu, yoxsa sondan əvvəlki yeri tutduq. Biz ilk növbədə öz oyununu düşünərək onu yaxşılaşdırmalı, yol verdiyimiz səhvlər üzərində işləmələyik. İnşallah, qrupda mübarizəni sonuncu yerdə bitirməmək üçün hər şey edəcəyik.
- Baş məşqçi Roman Qriqorçuk oyundan sonra sizə nə dedi?
- Oyuna görə minnətdarlıq etdi. Dedi ki, yaxşı oyun göstərdik. Obyektiv olaq ki, Maynts" çox güclü komandadır.
- Belə dmeək olarmı ki, güclü futbolçular gətirmək üçün hər şey maliiyyədən asılıdır?
- Şükür Allaha ki, bizim də yaxşı maliyyə imkanımız var. Əlbəttə, rəqiblərimizlə müqayisədə maddi vəhətdən uduzuruq. Buna görə onlarda milyonluq futbolçular var. Yalnız bəzi oyunçular 700-800 min qiymətə malikdirlər.
- Buna görə maddi məsələlərin öməli olduğunu vurğuladıq...
- Yalnız maliiyə önəmli deyil. "Maynts" Bundesliqada çıxış edir. O, "Bavariya", "Borussiya" kimi güclü komandalara qarşı oynayır. Onların çempionatınfa səhv etmirəmsə 18 komanda var. Bizdə isə cəmi 8. Kim nə deyir-desin, Azərbaycan çempionatı ilə Almaniya Bundesliqası arasında yerlə göy arasında fərq var.
- Bəs fiziki planda fərq necədir?
- Əlbəttə, bu fərq də öz sözünü deyir. Beə komandaya qarçı oyunda meydana çox güclü sərf etdiyindən yorulursan. Baxın, hər rəqibin hər bir futbolçusu meydanda nə qədər həcmdə iş görür. Belə oyunlarla, belə rəqiblərlə yalnız artıracağıq. Bu, bizim üçün müəyyən təcrübədir.
- Yaxşı olardı ki çempionatımızda da rəqabət olsun. Hər halda, çempiuonluq uğrunda yalnız "Qarabağla "Qəbələ"nin mübarizə aparması ilə iş bitmir...
- Niyə ki, "İnter" də var.
- Hər halda, 3 komanda azdır...
- Əlbəttə, Azərbaycan çempionatında da 18 komanda olsa, yaxşı olardı. Ancaq əfsuslar olsun ki, belə deyil və qərarı AFFA verir. Bizim işimiz meydana çıxıb oynamaqdır.
- Qrupdan çıxmağa ümid az da qalıb. Buna "Sent-Etyen"lə ardıcıl matçlarda aydınlıq gələcək. Səncə, nəticə qazanmaq üçün nə etməliyik? Oyunda nəyi dəyişməliyik?
- Əlbəttə, ümid qalıb. Sadəcə, səhvlərimiz təhlil edib, onlardan nəticə çıxartmalıyıq. İnşallah, Fransadan yaxşı nəticə ilə qayıtmaq üçün hər şey edəcəyik.