"Həyatımda ilk qırmızı vərəqəni Azərbaycanda almışam". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Karlos Kardoso "Qəbələ" ilə Azərbaycan Kubokunun final matçından öncə deyib. O bildirib ki, qalmaqallarla üzləşməsi stresdən baş verir: "Braziliyadan başqa artıq 3-cü ölkədir ki, oynayıram və Rumıniyada 100-dən artıq oyun keçirmişəm. Hərdən bu hadisələr stresdən baş verir. Oyuna da daha çox motivasiya oluram. Qardaşıma qarşı oynasam, yenə belə edərəm. Amma həyatda sakit adamam". "Qəbələ"nin hücum xəttindəki güclü oyunçular barədə verilən suala isə Kardoso belə cavab verib: "Mən öz oyunuma adaptasiya olmuşam. Düşünürəm ki, öz oyunum haqda fikirləşsəm, daha yaxşı olar".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |