
Fransanın "Sent-Etyen” klubu Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşıdakı oyunlar öncəsi heyətlə bağlı ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, rəqibin kapitanı Roman Hamuma sıradan çıxıb.
O, ölkə çempionatının son turunda "Lion”la matçın 25-ci dəqiqəsində ağır xəsarət alıb. Müayinənin nəticəsi Romanın 6 həftə yaşıl meydandan kənarda qalacağını göstərib. Bu isə o deməkdir ki, "Sen-Etyen"in aparıcı hücumçusu "Qəbələ" ilə həm qarşıdakı ev, həm də səfər matçında oynaya bilməyəcək.