
"Neftçi”nin əsas komandasının iki günlük istirahəti başa çatıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ilk məşqə yığmaya dəvət almış futbolçular qatılmayıb.
Araz Abdullayev, Rəhman Hacıyev əsas, Rahil Məmmədovla Fəhmin Muradbəyli U-21, Anton Krivotsyukla Ömər Buludov U-19, Vançe Şikov isə Makedoniya yığmasının düşərgəsindədir.
Çalışmalarda klubsuz Mahir Şükürov və ukraynalı yeni cəlb olunmuş məşqçi Aleksandr Deriberin də iştirak edib.