Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin startı "Suqmayıt”ın baş məşqçisi Samir Abasov üçün uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis "Qarabağ”la səfər matçında böyük hesabla uduzub - 0:3.
Bununla da Abasov Premyer Liqada 1 illik baş məşqçiliyi dövründə ilk dəfə böyükhesablı məğlubiyyət alıb.
"Sumqayıt”a 1 il öncə, məhz oktyabrda təyin olunan gənc çalışdırıcı çempionatda ən uğursuz nəticəsini də məhz bu ayda alıb. Bu, onun Azərbaycan Premyer Liqasında 37-ci matçına təsadüf edib. Əvvəli 36 oyundan 16-da ən uzağı 2 top fərqli məğlubiyyət olmuşdu.
Əslində, bu dəfə də 2 top fərqli məğlubiyyət olacadqır. Ancaq cənubu afrikalı hücumçu Dini Ndlovu son saniyələrdə həm "Qarabağ"da Premyer Liqada qol hesabını açıb, həm də Abasova özünəməxsus "hədiyyə” edib.
Abasov 1 ildə Azərbaycan kubokunun 1/8 finalında böyük hesabla uduzmuşdu. Maraqlıdır ki, o da oktyabrda, o da "Qarabağ”la matçda olub – 1:4.
Qeyd edək ki, Abasov futbolçu karyerası dövründə "Qarabağ”da məhz Qurban Qurbanovun rəhbərliyi altında oynayıb. O, hazırda Premyer Liqada ən gənc baş məşqçi olaraq "Zirə”li həmkarı Adil Şükürovdan 1 yaş kiçikdir.