Bolqarıstan Futbol Federasiyası 3 futbolçunu qeyri-müəyyən müddətədək diskvalifikasiya edib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bunlar "Ludoqorets"in yarımmüdafiəçisi Stiven Petkov, Sofiya "Lokomotiv"inin qapıçısı Daniel Quyarov və onun keçmiş həmklubu Qriqor Qriqorovdur.
Onların hər 3-nün 19 yaşadək futbolçular arasında Avropa çempionatı zamanı danışılmış oyunlarda əlaqələrinin olduğu bildirilir. Gələcək araşdırmaların nəticəsi kimi futboldan kənarlaşdırılanların sayının artacağı gözlənilir.