"Çox vacib qələbə qazandıq. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Futbolçuların oyun intizamı yaxşı idi. Azarkeşlərimizi təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan premyer Liqasının IX turunda "Neftçi" ilə keçirilmiş səfər oyunundan sonra baş məşqçi bunları bildirib: "Neftçi”yə uğurlar arzulayıram. Sıx qrafikdə oynayırıq. Futbolçular daha da bir olmalıdılar. Bu gün tam olaraq, düşündüyümüz hücumları qura bilmədik. "Neftçi” bizi yaxşı analiz etmişdi. Bu komandanı hamımız çox istəyirik. Bu sistemi daha da aktivləşdirsələr, yaxşı olacaq. "Neftçi"nin 5 müdafiəçi ilə oynaması bizdə çətinlik yaradırdı. Bilirsən ki, bir komanda daim bu sistemdə oynayır, ona başqa cür hazırlaşırsan. Bu gün çətinlik yaratdı, amma tanış sistemdi".
Q.Qurbanov oyunun sonunda "Neftçi"nin futbolçusu Katalin Tiranın azarkeşi vurmasında münasibət bildirib: "Belə halın olması heç birimiz üçün xoş deyil. Azarkeşi də, futbolçunu da başa düşmək olar. Çalışmaq lazımdı ki, bir olub, bu vəziyyətdən çıxaq. Arzulamıram da ki, bizdə belə vəziyyət olsun. Hərə öz vəzifəsini yerinə yetirməlidi.
O, Avropa Liqasındakı çıxışdan və RƏşad Sadıqovun vəziyyətindən danışıb: "Son vaxtlar yotğunluqla bağlı problemimiz olmayıb. Əvvəl dəb idi ki, hamı yorğunluqdan danışırdı. Bu gün nə mən, nə də futbolçularım bu haqda düşünürük. Tibb bunu göstərir ki, avrokubok oyunlardan sonra futbolçular yorulur, özü də daha çox psixoloji cəhətdən. O oyunlara hazırlaşmaq çox çətindi. Yurgen Klopp bunu mənə demişdi ki, Avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur. Mən də bəzən futbolçularıma istirahət verirəm. Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq. Rəşadın zədəsi var. Srağagün məşqdən sonra ayağında ağrı hiss etdi. Buna görə də, risk etmək istəmədik".