1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tanınmış müğənninin əri Tiranın müdafiəsinə qalxdı
"Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la oyunda azarkeşi vurması ilə bağlı xoşagəlməz olay ətrafında müzakirələr davam edir.
Sportnet.az-ın məlumatına görə, tanınmış idmançı, məşqçi Kamil Zeynallı da məsələyə müdaxilə edib.
O, "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində Tira ilə birgə fotosunu paylaşıb. Kamilin yazdığı statistdan isə legionerin hərəkətinə haqq qazandırdığı qənaətinə gəlmək olar: "Katalin Tira..."Neftçi" adlı-sanlı komandadır. Azarkeşləri də böyükdür. Yəqin ki bir-birimizi başa düşərik...Gəlin, mənlə söhbət edin, əziz qardaşlar..."
Belə görünür ki, Tira Bakıda özünə etibarlı sığınacaq tapıb və Zeynallını onun şəxsi mühafizəçisi saymaq olar. Kamil tanınmış müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.
Xatırladaq ki, AFFA-nın 5 oyunluq cəzalandırdığı Katalin "Neftçi"nin məşqlərindən kənarlaşdırılıb. Hücumçunun klubdan birdəfəlik qovulacağı gözlənilir.