1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-da menecerlər üçün kurs
AFFA-nın Futbol Akademiyasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə klublarda çalışan Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib. məlumatına görə, kursda UEFA və AFFA, lisenziyalaşdırma sistemi, lisenziyalaşdırma prosesi və iştirakçıları barədə ümumi məlumat verilib, lisenziyalaşdırma üzrə qaydalarda (Buraxılış 2016) ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.
Kursun əvvəlində UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "Fair Play” şöbəsinin rəhbəri Andrea Traversonun iştirakçılara ünvanlandırdığı videomüraciət nümayiş olunub. Seminar zamanı Lisenziyalaşdırma qrupunun əməkdaşları müvafiq sahələr üzrə ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıblar. Eyni zamanda, ötən mövsümlərdə klublar sənədləri təqdim edərkən ən çox rast gəlinən səhvlər və çatışmazlıqlar nümayiş və izah olunub.
Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə birgə AFFA-nın digər şöbə və departamentlərinin əməkdaşları lisenziyalaşdırma sistemi ilə əhatə olunan mövzularla - klubların akademiyalarında mövcud vəziyyət, AFFA-da oyunçuların qeydiyyat qaydaları (Futbola qoşul proqramı), futbolda danışılmış oyunlara qarşı mübarizə, futbolçulara tibbi xidmətlə bağlı minimum tələblər, klublar üçün Oyun qaydaları və hakimlik məsələləri ilə bağlı təşkil olunan seminarlar, uşaq-gənclər yarışlarının keçirilməsinə aid məsələlər, klublarda Azarkeşlərlə Əlaqələndirici şəxsin vəzifələri və AFFA-nın məşqçilik üzrə təhsil sisteminin strukturuna aid təqdimatlarla çıxış edib, klub nümayəndələri üçün ətraflı məlumat verib və sualları cavablandırıblar:
Seminarın sonunda iştirakçılar yazılı test imtahandan keçərək, kursda iştirak etdikləri ilə bağlı müvafiq təsdiqedici sənədlər əldə edib.