"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin növbəti turunda Yunanıstanın PAOK klubu ilə səfər matçının hakim-inspektoru ilə UEFA nümayəndəsinin adları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, noyabrın 3-də Salonikidə keçiriləcək oyunda hakimlərin işinə sloveniyalı Darko Çeferin qiymət verəcək. Oyuna UEFA nümayəndəsi isə moldovalı Gennadi Skurtul təyin olunub.
Çeferin UEFA-nın yeni prezidenti Aleksandr Çeferinin kiçik qardaşıdır. Onlar arasında cəmi 1 yaş fərqi var.
48 yaşlı D.Çeferin 12 il - 2000-12-ci illərdə FİFA referisi dərəcəsini daşıyıb. Onun bu müddətdə idarə etdiyi beynəlxalq matçlar arasında Azərbaycan klublarının da avrokubok oyunları olub. Bunlar "Şəmkir" və "Neftçi"nin Çempionlar Liqasının təsnifat mərhələsində səfər matçlarıdır. Şəmkirin eyniadlı təmsilçisinin 2011-ci ilin iyulun 11-də Uelsdə "Barri Taun"a 0:2, "Neftçi"isə 2005-ci ilin iyulun 26-da Belçikada "Anderlext"ə 0:5 hesabı ilə uduzduğu ilk oyunları sloveniyalı referi idarə edib.
Həmin vaxt "Neftçi"də oynayan Rəşad Sadıqov indi "Qarabağ"ın kapitanıdır. Özü də Çeferin matçın 34-cü dəqiqəsində onda 23 yaşı olan Sadıqovu sarı vərəqə ilə cəzalandırıb.