1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Bu 2 matç arasında seçim etməyim ağırdır" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının X turunda AZAL-la kənardan izlədiyi səfər matçından sonra müsahibə verib. Milli komandamızın da kapitanı olan təcrübəli müdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Komandanın oyununu kənardan izləmək necə təsir oyadır?
- Əlbəttə, çətindir. Xüsusılə də komandanın oyunu alınmayanda qıraqdan baxmaq heç cür alınmır. Ancaq yaxşı ki, futbolçularımız fasilədə toparlandılar və ikinci hissədə yaxşı oyun nümayiş etdirərək qalib gəldilər.
- Bugünkü oyunda nədən narazı qaldın?
- Ümumiyyətlə, sıxr qrafikdə oynadığımızdan yorğunluqdur. Bilirik ki, "AZAL Arena"da meydançanın durumu yaxşı deyil. Bu çətin şəraitdə futbolçulardan nədənsə narazı qalmaq düzgün deyil. Qələbə üçün əllərindən gələni, xeyli güc sərf etdilər. Komanda son 2 matçda - həm "Neftçi", həm də AZAL-la görüşdə çox yoruldu. Ümid edirəm ki, PAOK-la səfər oyununadək bərpa olunacaqlar.
- Zədən nə yerdədir? Ağrılar hiss edirsən?
- Onsuz da həm Norveç, həm də PAOK-la matçda bilirdik ki, sağalmamışam. Bundan əvvəl də həkimlər demişdi ki, oynasan, vəziyyətin pisləşəcək. Bu 2 oyun elə idi ki, onları buraxmağım düzgün deyildi. Mən də oynadım və Norveçlə matçdan sonra zədəm daha da pisləşdi. Bu, elə zədədir ki, müalicəsinə 2-3 həftə vaxt lazımdır. Bundan sonra bərpa olunub meydana çıxmalısan. Ancaq buna vaxtımız yox idi. Müalicəm davam edir. Bu gündən fərdi məşqlərə başlamışam. PAOK-la matça hazır olub-olmayacağmı bilinmir. Hələ ki dəqiq bir şey deyə bilmirəm. Qarşıda həm PAOK, həm də Şimali İrlandiya ilə vacib oyunumuz var. Bu durumda müalicə olunmaq, kənarda qalmaq psixoloji cəhətdən ağırdır. Bir az sıxılmışam ki, qarşıdan iki mühüm oyun gəlir, ancaq mən kənardan izləyirəm. Həkimlər yalnız bu gün yavaş-yavaş qaçmağa başlamağa icazə verdilər.
- "Qarabağ"ın və millinin qrupda vəziyyətinə vaxsaq, hansı üçün 3 xalın daha vacib olduğunu düşünürsən? Seçim qarşıslnda olsan, hansında oynamaq istərdin?
- Hər ikisi tarixi matç ola bilər. Mənim üçün seçim etmək ağırdır. İkisində də iştirak etmək istəyirəm. 15-20 dəqiqə olsa da meydanda olmağı, komandama kömək etməyi arzulayıram. Təbii ki, hazır olandan sonra. Nə məsləhətdirsə, ona hazıram.
- PAOK-a qalib gəlsək, böyük ölçüdə qrupdan çıxacaqsınz. Bu mənada Salonikidəki qarşıdakı oyunu həlledici saymaq olarmı?
- Bugünədək oynadığımız matçlardan ən həlledicisi olduğunu demək olar. Düzdür, Bakıdakı qarşılaşma həlledici idi. Aydın məsələdir ki, uduzsaydıq, qrupdan çıxmaq çox çətin olacaqdır. Qalib gəldikdən sonra qrupun ən həlledici matçlarından birinə çıxacağıq.
- Qarşıdakı oyundan nə gözləyirsən?
- Bilirik ki, PAOK evdə çox aqressiv oynayır. Böyük azarkeş dəstəyinə malikdirlər. Heyətlərində də çox yaxşı seleksiya aparılıb. Futbolçularını 5-6-nı yaxından tanıyıram. İkisi "Dnepr"də, ikisi Türkiyə Super Liqasında, biri "Qəbələ"də oynayıb. Yəni PAOK-un heyətini çox yaxşı tanıyırıq. Bizi ciddi rəqibi qarşı səfərdə çox vacib oyun gözləyir. Bilirik ki, rəqib qrupun taleyini həll etmək üçün qələbə qazanmağa köklənəcək. İkimiz üçün də çox mühüm qarşılaşma olacaq.