
"İnter" azarkeşləri prezidenti postundan gedən Rəşad Qasımovu diqqətdən kənarda qoymayıblar. Sportnet.az-ın məlumatına görə, fanatlar Premyer Liqasın X turunda "Sumqayıt"la "İnter Arena"da hazırda keçirilən matçda pankart açıblar.
Orada "Hər şey üçün çox sağ olun, Rəşad müəllim" yazılıb. Bununla da "İnter" azarkeşləri sabiq prezidentlə belə formada vidalaşıblar.
Xatırladaq ki, öz şəxsi istəyi ilə isteda verən Qasımovun by qərarının şəxsi binzes işləri ilə əlaqədar olduğu deyilir.