"Qarabağ"la ilk oyunda yerimələriminin fərdi səhvləri vardı ki, bunu inkar etmək olmaz. Bəlkə də mövsümdə ən zəif oyunlarımızdan biri idi. Ancaq bu, artıq keçmişdə qalıb. Biz həmin matçı təhlil edərək səhvlərimiz üzərinə işləmişik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan Yunanıstan PAOK klubunun baş məşqçisi Vladimir İviç bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, komandamızla sabahkı matçda yaxşı nəticə qazanmaq istədiklərini söyləyib: "Bu müddətdə çox ciddi hazırlaşmışıq. "Qarabağ"ı daha yaxşı tanıyırıq. Hər şey həmişə gözlədiyimiz kimi olmur. Sabah daha effektiv oyun göstərməli, meydanda daha ntizamlı, müdafiə planında çox diqqətli olmalıyıq".
İviç zədəli futbolçular haqda məlumat verib. O, Calma Kamposun məşqdə zədələndiyini bildirib: "İstəyərik ki, tez qayıtsın, ancaq buna həkimlərimiz qərar verəcək. Kamposun vacib matç öncəsi zədələnməsinə çox üzülmüşük. O, istəniən komandaya pronlem yarada biləcək hücumçudur. Calmanın xidmətindən yararlana bilimirsiksə, başqa şeylər düşünməliyik. Bir neçə variantımız var. Meydanda fərq yarada biləck futbolçularımız çoxdur. Pelkas artıq məşqlərə başlayıb və özünü yaxşı hiss edir. Yəqin ki, gələn oyunlarda meydana çıxa biləcək. Tzavellas isə sabah meydana çıxa biləcək futbolçular arasında olacaq”.
Xorvatiyalı mütəxəsisisn fikrincə, qrup mübarizəsində hələ heç nə bitməyib: "Qarşıda 3 oyun var. Bəzən 4 xalla qrupdan çıxmaq şansın olur, bəzən isə 6 xalla bu, mümkün olmur. Bu dəfə 4 xal bizə mübarizəni davam etmək şansı yaradır. Bunun üçün mütləq qələbə qazanmalıyıq. Həm Superliqada, həm də Avroliqada uğurlu çıxışımızı davam etmək istəyirik. Əgər inamın varsa, deməli, qələbə şansın da var. Qorxmuram, çəkinmirəm. Biz göstərmişik ki, xüsusi problemimiz yoxdursa, lap yaxşı oynaya bilərik".
İviçin fikrincə, sabah əsl derbi olacaq: "Bəlkə də rəqibin adı sizə çox şey demir. Ancaq biz gördük ki, "Qarabağ” çox keyfiyyətli heyətə malikdir. Ümid edirəm ki, sabah tam hazır olacağıq”.