1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vitali Vernidub: "Hakimi günahlandırmağa dəyməz" - MÜSAHİBƏ
"Qəbələ"nin ukraynalı futbolçusu Vitali Vernidub Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sent-Etyen"ə evdə 1:2 hesabı ilə uduzduğu matçdan sonra brifinq keçirib. Müdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- "Qəbələ" ötən il olduğu kimi qrupdan çıxa bilmədi. Necə yekun vura bilərdin?
- Biz buna görə çox həyəcan keçiririk. Əlbəttə, məyus olmuşuq. Ancaq indi başımızı aşağı salmaq qətiyyən olmaz. Biz qiymətsiz təcrübə toplayırıq və irəli hərəkət etməliyik. Son 2 oyunda həm komandamız, həm də Azərbaycan futbolu üçün xallar toplamalıyıq.
- Konkret "Sen-Etyen"lə matçda məğlubediyyətdə həlledici amil nəyi görürsən? Baş hakimin qərarları, Qriqorçukun "texniki zona"da olmaması, yoxsa başqa səbəbdir?
- Bunu demək çətindir. Düşünmürəm ki, nəsə güclü təsir göstərdi. Hardasa səhvlərimiz öz sözünü dedi. Bunun nəticəsində uduzduq. Konkret hakimi, yoxsa kimisə günahlandırmağa dəyməz.
- Qapıçınız, həmyerlin Dmtri Bezotosnıdan belə səhv gözləyirdin?
- Mən düşünmürəm ki, kimsə Bezotosnı kimi qapıçıdan səhv gözləyər. Özünüz görürüsünüz ki, o, güclü, təcrübəli qapıçıdır. Sadəcə, belə alındı. Biz hamımız ona mənəvi dəstək olduq. Ümdi edirik ki, başını dik tutacaq və gələcək matçlarda yaxşı çıxış edəcək.
- Qriqorçukun olmamağı necə təsir göstərdi?
- O, bizimlə hər zaman əlaqədə idi. Tribunadan gördüyü bütün hər şey haqda bizə köməkçisi vasitəsilə informasiya verirdi. Bu sarıdan hər şey qaydasında idi.
- O, ikinci hissədə nəyə diqqət yetirməyi tövsiyə edirdi?
- İlk növbədə fasilyə az qalmış buraxdığımız qol oyunumuza təsir göstərməsin. Öz oyumuzu davam etdirməli, hücum etməli, topa nəzarət etməli idik. Ancaq ikinci hissənin əvvəlində səhv buraxdıq ki, buna görə rəqib bizi cəzalandırdı.
- Son 2 oyun formal olacaq. Sizin üçün əsas motivaisya nə olacaq?
- Biz Avropa Liqasının qrupunda çıxış edirik. Öz adımız, "Qəbələ"nin adına və bütün Azərbaycan üçün oynayırıq.