1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Qara Qarayev: "İşimizi sonadək layiqli şəkildə görməliyik"
"Yunanıstan səfərinin nə qədər çətin olduğunu dərk edirdik. Buna ciddi hazırlaşmışdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-a Yunanıstanda 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib. Onun sözlərinə görə, bu çətin səfərdən 1 xalla qayıtmaq belə onlar üçün böyük bir üstünlük idi: "Matçın gedişatında hesabda irəli çıxdıq. Bu zamanı "niyə də qələbə qazanmayaq" taktikasına keçdik. Nəticədə həmin tarixi qələbəni əldə edə bildik. Bu gün xoş sözlərə komandamız layiq idi. Həqiqətən inanmaq işin yarısıdır. Komadamız qələbəyə inanırdı. Ehtiyatlı olmalı idik. Çünki rəqib PAOK idi. Bizə bu haqda tapşırıq verilmişdi".
Qarayev layiqli qələbə qazandıqlarını söyləyib: "Bəlkə də PAOK-un arenasıda daha heç vaxt oynamayacağıq. Ancaq belə möhtəşəm stadionda qalib gəlmək hər birimizin futbol karyerasına bir tarix kimi yazıldı".
Millimizin üvü növbəti mərhələyə keşməyi çox istədiklərini söyləyib: "Öz adımdan danışmaq istəyirəm ki, eyforiyaya qapılmaq lazım deyil. Qarşıda 2 çətin oyunumuz var - "Slovan"la səfərdə, "Fiorentina" ilə evdə. Buna görə də rahatçılıq olmamalıdır. İşimizi sonadək layiqli şəkildə görməliyik. Qələbəni təkrar etsək, pley-offa vəsiqə artıq özü gələcək. Düşünürəm ki, son 2 qarşılaşma Avroliqada indiyədək oynadığımız matçlardan ən vacibi olacaq".