1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Buradan sağ-salamat qayıdırıqsa..."
"Bu gün səbəb axtarmağa dəyməz. Səbəb göz qabağındadır. Qonaq komanda kimi oyuna gələndə oyununu rəqibə görə yox, meydana görə qurursan. Bu, həddən artıq çətindir. Bu meydandan sağ-salamat evə qayıdırıqsa, xüsusən də bir xalı götürmüşüksə, böyük işdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Gəncə şəhər stadionunda "Kəpəz"lə keçirdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Gənc mütəxəssis bildirib ki, belə ot örtüyündə nəinki oynamaq, hətta gəzmək də çətindir: "Elə oyunlar var ki, yaxşı çıxış edir, əzmkar oynayırıq. Bunu başqa cür edə də bilmərik. Çünki bizim futbolçular başqa komandalara nəzərən həm keyfiyyət, həm də təcrübə baxımından geri qalırlar. Bu gün də əzmkar oyun gördük. Komandam qələbə qazanmağı və rəqibi turnir cədvəlində keçməyi çox istəyirdi. Alınmadı. Alınmamasının səbəbi həm özümüzün, həm də rəqib komandanın belə meydanda oynamasıdır. Burada nəinki oynamaq, hətta gəzmək çətindir. Amma çətinliklər olur. Yəqin ki, bu da yavaş-yavaş aradan götürüləcək. Əvəzləmələrimin özünü doğruldacağı da inandırıcı görünmürdü. Bu meydanda sırf taktiki gediş imkanı yox idi. Reallıqdan danışmaq lazımdır. Fikirləşmişdik ki, bəlkə nə isə ola bilər".
Abasov qarşıdakı oyunlarda 5 oyunluq qələbəsizlik seriyasını aradan qaldırmağa çalışacaqlarını əlavə edib.