Hazırda davam edən "Neftçi" - "İnter" matçının 60-cı dəqiqəsinin əvvəllərində maraqlı anlar yaşanıb. Sportnet.az-ın məlumatına görə, qonaqların kapitanı komandanı meydandan çıxaracağını deyib.
Qonaqların futbolçusu Yonas Pessali və "İnter"in üzvü Tərlan Quliyev arasındakı mübahisəni baş hakim Rəvan Həmzəzadə meydan sahiblərinin xeyrinə cərimə zərbəsi ilə başa çatdırıb. Bundan sonra "İnter"in futbolçuları buna etiraz edib.
Komandanın kapitanı Nizami Hacıyev də məsələyə etiraz edib və baş hakimə "bir də belə etsən, komandanı meydandan çıxaracağam" deyib.