1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Təkcə Rəvan Həmzəzadə cəzalanmayacaq" - EKSKLÜZİV
Azərbaycan Premyer Liqasının hesabat turunda "Neftçi" - "İnter" matçında təyin olunan penalti düzgün olmayıb.
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Sportnet.az-a açıqlamasında baş hakim Rəvan Həmzəzadənin qərarının səhv olduğunu təsdiqləyib. Yəni "İnter"in gürcü nüdafiəçisi Zurab Xizanayşvilinin əllə oyunu cərimə meydanından kənarda olub.
Musayevin fikrincə, bu epizodda yalnız əsas hakimi günahlandırmaq düzgün olmazdı: "Baş hakimi çaşdıran köməkçisi olub. Kənardakı hakimlərdən kimsə deyib ki, əllə oyun cərimə meydanının daxilindədir. Epizoda baxsanız, görsəniz ki, baş hakim dərhal penalti nöqtəsini göstərmir. O, cərimə zərbəsi təyin etməyi düşünür. Kənardan müdaxilə olunması baş hakimi çaışdırır. Rəvanla telefonla danışdıq. Sabah görüşüb dəqiqləşdirəcəyik. Əlavə hakim köməkçilərindən Rəhim Həsənovla da danışmışam. Ancaq digər əlavə hakim köməkçisi ilə yox. Sabahkı görüşdə hər şey dəqiq bilinəcək".
PFL prezidentinin sözlərinə görə, hər iki referi - həm baş hakim, həm də əlavə hakim köməkçisi cəzalanacaq: "Sözsüz ki, baş hakim hər şeyə cavabdehdir. Ancaq nəzərə alaq ki, Rəvan Həmzəzadə gənc hakimdir. İlk olaraq düzgün qərar versə də, bundan yayınmamalı idi. Çünki yekun qərar baş hakimə məxsusdur və buna görə də məsuliyyəti öz üzərinə götürməli idi. İstənilən halda, səhv qərara görə hakimlərin ikisi də cəzalanmalıdır".
Qeyd edək ki, Həmzəzadənin qapı arxasındakı köməkçilərindən biri Rəhim Həsənov, digəri Rauf Cabbarov olub.
Mehman SÜLEYMANOV