"İnter” heyətlə bağlı ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze Premyer Liqanın növbəti turunda noyabrın 20-də AZAL-la ev oyununda birdən-birə 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar həmyerlisi, təcrübəli müdafiəçi Zurab Xizanişvili, kapitan Nizami Hacıyev və digər hücumameylli yarımmüdafiəçi Ağabala Ramazanovdur. Onların son turda "Neftçi” ilə matçda baş hakim Rəvan Həmzəzadədən aldıqları sarı vərəqələr cari çempionatda 4-cü olub. Nəticədə bu üçlük vərəqə limiti aşaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, millimizin rəsmi oyununa görə çempionatda yaranan 2 həftəlik fasilə ilə əlaqədar "İnter” istirahətə buraxılıb. Komanda üzvləri noyabrın 9-da bir araya gələcəklər.