2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma fransalı hakimlər briqadasına həvalə olunub.
C qrupunda keçiriləcək matçın baş hakimi Klemen Turpindir.
Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu
11 noyabr
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klemen Turpin
Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
















































































