Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir.
İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək.
Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq.
Qeyd edək ki, Bruma 2103-cü ildə "Qalatasaray"a Portuqaliyanın "Sportinq" klubundan transfer olub. O, icarə əsnda Türkiyənin "Qaziatepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.















































































