Xorvatiya mətbuatı Avropanın müxtəlif ölkələrində oynayan öz futbolçularının oyun göstəricilərini dəyərləndirib.
Sportnet.az-ın sportske.jutarnji.hr nəşrinə istinadən məlumatına görə, "Qəbələ”nin şərəfini qoruyan Filip Ozobiç də bu siyahıda fərqlənməyi bacarıb. Təcrübəli yarımmüdafiəçi A seriyasında çıxış edən həmyerliləri - "Yuventus”lu Marko Pyatsanı, "Napoli”li Marko Roqu geridə qoymağı bacarıb.
Ozobiç Xorvatiyanın yaydan bəri ən çox irəliləyiş əldə edən futbolçusudur. O, "Qəbələ”nin heyətində keçirdiyi 22 oyunda 6 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb. Xorvat həmkarlarımız Qəbələ təmsilçisinin həm də Avroliqada mübarizə apardığını, həm də Azərbaycan çempionatında lider olduğunu qeyd ediblər.










































































