Azərbaycan Premyer Liqasının XI turunun oyunundan sonra 3 gün istirahətə buraxılan "Kəpəz” bu gün məşqləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, Gəncə təmsilçisi bu gün də daxil olmaqla noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. Məşqlər hər gün saat 11:00-da başlayacaq.
"Kəpəz" çempionatın XII turunda noyabrın 19-da səfərdə "Qarabağ”la qarşılaşacaq. "Sarı-göylər" bu matça hazırlıq çərçivəsində yoxlama matçı keçirəcək. Artıq rəqib də müəyyənləşib. Şahin Diniyevin yetirmələri Bakıda təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət yığmamızla qarşılaşacaq. Oyun noyabrın 12-də keçiriləcək.