Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya millisinin heyətlə bağlı itkiləri davam edir. Sportnet.az-ın məlumatına görə, Bundestimin qapıçısı Manul Noyer və yarımmüdafiəçi Yulian Brandt xəstə olduqlarından San Marino ilə noyabrın 11-də keçiriləcək səfər matçında iştirak edə bilməyəcəklər.
Bundan öncə Jerom Boatenqlə yarımmüdafiəçi Toni Kross zədə üzündən heyətdən kənarda qalmışdılar.
Qeyd edək ki, Noyer Filipp Lamın milli karyerasını bitirməsindən sonra kapitan olub.