"İnter”in və Azərbaycan milli komandasının üzvü Ruslan Abışov evlənir. 29 yaşlı futbolçu Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşına eksklüziv açıqlamasında toy mərasiminin tarixinin dəqiqləşdiyini bildirib.
Abışov gələn ay evlənəcəyini söyləyib: "İnşallah, dekabrın 6-sı toyumdur. Mərasim "Park Meridian"da olacaq. Tanınmış müğənnimiz, klipində çəkildiyim Sevda Yəhyayeyva də toyda iştirak edəcək. Əlbəttə, ailə həyatı quracağım insan futbolçu olduğumu yaxşı başa düşür, idman adamı olduğumu bilir. Bu cəhətdən heç bir problem yoxdur. Hər şey qaydasındadır. İdman mənim işimdir. Ailə isə ən birinci yerdə gəlməlidir. Gələcək həyat yoldaşım mənə və işimə hörmətlə yanaşır".