"Noyabrdakı iki oyunumuzdan biri Azərbaycanla rəsmi, digəri Xorvatiyaya qarşı yoldaşlıq matçı olacaq. Səmimi olsaq, seçmə mərhələdəki Azərbaycanla oyun bizim üçün daha vacibdir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Şimali İrlandiya yığmasının futbolçusu Li Hodson deyib.
25 yaşlı yarmmüdafiəçi çıxış etdiyi "Reyncers" klubunun telekanalına millisinin qarşıdakı oyunları ilə bağlı fikirlərini açıqlayıb: "Düşünürəm ki, Azərbaycanı məğlub etsək, bu, bizi yeni ilə və martdakı oyunlara qrup ikincisi kimi rahat götürəcək. Baş məşqçimiz Maykl O Nill böyük işlər görüb. O, bizə inam aşılayıb. Komanda özünə güvənir. Avropa çempionatında Uelsə uduzduq. Heç bir oyunda meydana çıxmadım, amma o komandanın bir parçası olmaq gözəl hissdir. Həmin anlar zehnimizdə gözəl izlər buraxdı və biz ölkə olaraq nəyə qadir olduğumuzu bilirik”.