Bu gün 17 (U-17) və 19 (U-19) yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatlarının seçmə mərhələlərinin 2017/18 mövsümünün püşkü atılıb. Sportnet.az-ən məlumatına görə, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında təşkil olunmuş püşkatmanın nəticəsinə əsasən, Azərbaycanın U-17 və U-19 yığmalarının növbəti seçmə mərhələdə rəqibləri müəyyənləşib.
17 yaşlılarımız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. U-19 isə 4-cü qrupda İspaniya, Ukrayna və Albaniya milliləri ilə mübarizə aparacaq. Göründüyü kimi, hər iki yığmamız ispanlara rəqib olub.
Seçmə mərhələ matçları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək.















































































