Şimali İrlandiya - Azərbaycan matçı 1 dəqiqlik sükutla başlayıb. Sportnet.az-ın məlumatına görə, I Dünya Müharibəsində şəhid olan irlandların xattirəsi yad olunub. Bununla əlaqədar meydana gül çələngi gətirlib.
Bu gün Şimali İrlandiyada "Atəşkəs Günü”nü ("Barışıq Günü”) qeyd olunub.
Qarşılaşmanın keçirildiyi stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstərilməsi nəzərdə tutulmuşdu. Rəqibin futbolçuları meydana qara sarğıda çıxıblar.















































































