Azərbaycan milli komandasının sabiq futbolçusu Tuğrul Erat Almaniyada fərqlənib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu III Bundesliqa təmsilçisi "Duysburq” Renn Kubokunun 1/4 final mərhələsində "Turu Düsseldorf”la qarşılaşıb.
Erat komandasının 6:0 hesabı ilə qalib gəldiyi matçda ilk qoluna imza atıb. "Duysburq" yarımfinalda rəqibini gözləyir.