1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əliyar Ağayevin Kiprdə göstərdiyi qırmızı vərəqəyə şübhəniz olmamalıdır"
"Kiprdəki oyunumuz əla keçdi. Hazırda vətənə qayıdırıq. Moskva hava limanındayıq, Bakıya gedən təyyarəni gözləyirik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Orxan Məmmədov bildirib. Artıq sabiq FİFA referisi olan 31 yaşlı ədalət təmsilçisi dünən 2018-ci il Avropa çempionatının seçmə mərhələsində Kipr - Cəbəllütariq matçında Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasında yer alıb.
Məmmədov meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda ehtiyat, Rza Məmmədovla Zeynalov Zeynalov yan xətt hakimləri olub: "Həqiqətən oyun bizim üçün uğurlu alındı. Seçmə mərhələdə debütümüzün olmasına baxmayaraq, yaxşı idarə idarəçilik etdik. Hakim-inspektorla yanaşı, hər 2 komanda da işimizdən razı qaldı. Heç bir şikayət, heç bir təzyiq olmadı. Gözləmirdilər ki, debütdə baş çıxaraq, belə idarəçilik edək. Futbolçulardan bəziləri etiraz etməyə çalışsalar da, gördülər ki, başlarının üstündə duran hakim var və konkret qərarlar verir. Əliyarın göstərdiyi qırmızı vərəqə də haqlı qərar idi. O, barədə heç bir şübhəniz olmamalıdır".
Qeyd edək ki, Ağayev qonaqların futbolçusuna sona az qalmış 2 dəqiqəyə 2 sarı vərəqə göstərərək meydandan qovub.
Mehman SÜLEYMANOV