Türkiyə Super Liqa təmsilçisi "Rizəspor”un afrikalı hücumçusu Leonard Kueke qəzaya uğrayıb.
Sportnet.az-ın məlumatına görə, "Trabzonspor"un hədəfində olan kamerunlu futbolçu Qara dəniz sahil yolunda maşının idarəsini itirdiyi üçün yol kənarındakı dirəyə çırpılıb.
Ancaq Keke qəzadan sağ-salamat qurtula bilib. Buna da səbəb avtomobildə hava yastıqlarının vaxtında açılması olub.
Qeyd edək ki, Leonardın adı "Trabzonspor”un qış transferləri siyahısında daxil edilib. Trabzon təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramil Şeydayevin də yer aldığı hücum xəttində rəqabəti artırmaq məqsədilə Kuekeni komandaya cəlb etməyi düşünür.













































































