Bu gün Almaniyanın III Budseliqasında XV turun qarşılaşmaları keçirib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Tuğrul Eratın çıxış etdiyi "Duysburq” səfərdə "Frankfurt”la görüşüb.
Oyun qolsuz bərabərliklə nəticələnib. Start heyətində meydana çıxan Erat 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Duysburq” 15 turdan sonra 27 xalla vahid liderdir.