1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in futbolçusu 300-ə çatdı
Azərbaycan Premyer Liqasının XII turu "İnter"in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi "İnter”in heyətində qeyd edən futbolçu bu klubadək "Turan”, "Bakı” (həm "Dinamo”, həm də "Bakı” adlandığı vaxt), "Neftçi”, AZAL ("Olimpik” adlandığı vaxt), "Muğan”, "Xəzər Lənkəran”, "Simurq”da da çıxış edib.
300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu "300”ü arxada qoyub.