Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyə Super Liqasında debütü yenə baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, gənc hücumçu XI turda "Antalyaspor"la ev oyununda adı heç 18 nəfərlik iştirak ərizəsində olmayıb. Trabzon klubu bu matçda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, uzun müddətdir qələbə üzünə həsrət qalan "Trabzonspor" 11 oyundan 11 xalla turnir cədvəlində 13-cü pillədədir və son yerin sahibindən cəmi 5 xal öndədir.










































































