"Mövsüm başa çatdıqdan sonar müqaviləsi başa çatan Akif Tağıyev,
Əlimirzə Daşzərini, Eşqin Quliyev və Bəxtiyar Soltanovla yeni müqavilə
imzalanıb". Bu sözləri Sportnet.az-a açıqlamasında "Araz Naxçıvan” klubunun baş
məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis müqavilə müddəti başa çatan digər
futbolçularla da yaxın günlərdə danışıqlar aparacaqlarını və yeni transferlər
üzərində də işlədiklərini bildirib: "Yerdə qalan futbolçularla yaxın 5–10 gün
içində danışıqlarımız olacaq. Yeni transferlərə gəldikdə isə, hələ ki
çalışırıq, yerli futbolçuları komandaya cəlb edək. Hazırda bir neçə yerli
futbolçu ilə danışıqlar aparıram. Yerlilərə daha çox şans vermək fikrimiz var.
Mirhüseyn Seyidovla hələ danışıqlarımız olmayıb. Onların final matçı olduğu
üçün istəmirik futbolçunun fikrini yayındıraq”.
Qeyd edək ki, Azərbaycan çempionatının I divizionundan Premyer liqaya vəsiqə qazanan Muxtar Respublika təmsilçisində Şamo Talıbov, Fərman Qəmbərov və Əziz Hüseynovla rəsmən yollar ayrılıb. İcarə əsasında çıxış edən Emil Balayev isə öz klubu "Neftçi”yə qayıdıb.