Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələn bəzi komandaların adları məlum olub. Sportnet.az-ın məlumatına görə, V turun oyunlarından sonra 8 qrupda ümumilikdə 10 komanda rəsmən adını növbəti mərhələyə yazdırıb.
A qrupunda Fransanın PSJ və İngiltərənin "Arsenal", C qrupunda İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti", D qrupunda İspaniyanın "Atletiko" və Almaniyanın "Bavariya", E qrupunda Fransanın "Monako", F qrupunda Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Real Madrid", G qrupunda İngiltərənin "Lester", H qrupunda isə İtaliyanın "Yuventus" klubu qrupdakı son oyunların nəticələrindən asılı olmayaraq 1/8 finalda yoluna davam edəcək.
Qrupun son oyunları 6-7 dekabrda keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































