
"Azərbaycanlı olduğumu bildiyimdən bura haqqında kifayət qədər məlumata malikəm. Yaxın dostum Pərdis Fərcad-Azaddan Azərbaycan futbolu və Sumqayıt haqqında çox şey eşitmişəm. Klubun rəhbərliyi mənimlə əlaqə saxlayanda sevindim. Azərbaycana gəlməyi çox istəyirdim. Bu səbəbdən razılıq əldə olunduqdan sonra dərhal komandaya qoşuldum. "Qarabağ”la ilk oyunu da canlı izlədim. Məğlub olmağımıza baxmayaraq, gənclərdən qurulmuş döyüşkən kollektivimiz var. Ümid edirəm ki, "Sumqayıt”da özümü yaxşı tərəfdən göstərib, Azərbaycan millisinə dəvət alaram”.