1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
“Qəbələ” həm rekord, həm də antirekord
"Qəbələ” avrokubokların cari mövsümündə ev oyunlarını başa vurub. Sportnet.az-ın məlumatına görə, çıxış etdiyi Avropa Liqasında 1/16 finala çıxmaq şansı qalmayan "qırmızı-qaralar” öz meydanında keçirdiyi 7 oyunun hamısında meydanı qolsuz tərk etməyib.
Roman Qriqorçukun komandası həmin matçlarda rəqib qapısından 15 top keçirib ki, bu da orta məhsuldarlığın 2 qoldan artıq olması deməkdir.
"Qarabağ” da qitəmiqyaslı turnirlərdə bütün oyunlarda qol vursa da, həm "Qəbələ” ilə müqayisədə 1 oyun az keçirib, həm də öz meydanında 1 qarşılaşması qalıb. Bu, son turda dekabırn 8-də "Fiorentina” ilə çətin matçdır.
Həm "Qarabağ”, həm də qrupda digər təmsilçimiz olmuş "Neftçi”nin avrokuboklarda 1 mövsümdə bütün ev oyunlarında fərqlənə bilməyib.
Elə "Qəbələ” də ötən mövsüm 7 oyunun hamısında rəqib qapısına yol tapa bilməyib. Konkret olaraq 3 matçda – "Panatinaikos”, PAOK və "Krasnodar"la qarşılaşmalarda qol vurmaq mümkün olmamışdı. Yunanlarla oyunlar qolsuz bərabərliklə nəticələnmişdisə, ruslara böyük hesabla uduzmuşduq – 0:3. "Qəbələ” avrokuboklarda sonuncu dəfə evdə məhz dekabrın 10-da "Bakcell Arena"da keçirilən həmin matçda qol vura bilməyib.
Roman Qriqorçukun komandası eyni zamanda antirekordu ilə diqqət çəkir. Çünki qrupun hazırkı 48 iştirakçısı arasında xal qazanmayan, bütün 5 matçını uduzan yeganə komanda məhz "qırmızı-qaralar"dır. Digər qələbəsi olmayanlar "Panatinaikos”la "Konyaspor”dur ki, onların hərəyə 1 heç-heçə sayəsində 1 xalı var.
"Qəbələ" onu qrupa çıxaran Sloveniyada "Maribor”a 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanı da nəzərə alsaq, Avropa Liqasında ardıcıl 6 matçdır məğlub olur. Bu da avrokubok tariximizdə ən zəfi göstəricilərdən biridir. "Qəbələ” sonuncu dəfə elə "Maribor”u "Dalğa Arena”da 3:1 hesabı ilə məğlub etdiyi oyunda meydanı qalib tərk edib.