Kolumbiyada göyərtəsində 72 sərnişin olan təyyarə qəzaya uğrayıb. Sportnet.az-ın məlumatına görə, Braziliyanın "Şapekoense" klubunun futbolçularının da yer aldığı təyyarə Medellin hava limanına enərkən qəzaya uğrayıb.
Komanda ölkə kubokunda "Atletiko Nasional"la oynamaq üçün Medellinə gəlirdi. Qarşılaşma sabah keçirilməli idi.
Hələlik qəzadan sağ xilas olanlarla bağlı məlumat yoxdur.