1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqada uzunmüddətli fasilə, bütün diqqət kuboka
Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarının startı veriləcək. Sportnet.az-ın məlumatına görə, bu turnirlə əlaqədar Azərbaycan Premyer Liqasında dekabrın 17-də fasilə olacaq. Çünki 1/8 finaldan sonra 1/4 final mərhələsinin ilk matçları keçiriləcək. Buna görə Premyer Liqa təmsilçilərinin bir müddət başı kuboka qarışacaq. Birinci divizionda isə ilk dövrə bitdiyindən qış fasiləsi yaranıb.
Son illərdə adətən bu vaxt 1/8 mərhələsinin oyunları keçirilir 1/4 final qarşılaşmaları isə yaza qalırdı. Ancaq gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları ilə əlaqədar futbol mövsümü tez bitəcəyindən, 1/4 final duellərinin ilin sonunadək olması nəzədə tutulub.
1/8 final mərhələsi son illərdə olduğu kimi 1 oyundan ibarət olacaq. Bütün cütlərdə Premyer Liqa və birinci divizion təmsilçiləri görüşlərinin izləyəcəyik. Özü də əksərində komandalar kubokda ilk dəfə üzləşirlər. Yalnız AZAL - "Rəvan" və "Şahdağ" - "Kəpəz" duelləri istisnadır. Gəbncə klubu 2010/11 mövsümündə də kubokda "Şahdağ"ın qonağı olaraq 3:0 hesabı ilə qalib gəlib. Fərq ondadır ki, "Kəpəz" onda Qusarda oynayıb. "Şahdağ" isə bu dəfə kubok matçını təmsil etdiyi məkanda yox, paytaxtda "Bayıl Arena"da keçirəcək.
AZAL-la "Rəvan"ın da kubokda yolları 6 il öncə kəsişib. Özü də indiki kimi 1/8 finalda. AZAL onda rəqibini 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Ancaq bu dəfə "Rəvan" meydan sahibi yox, qonaq olacaq.
Birinci divizionun liderlərinin Premyer Liqa kluları ilə duelləri daha çox maraq doğurur. Bunlar "Turan Tovuz", "Zaqatala" və "Səbail"ə aiddir. Onlar üçün kubok matçları güclülər dəstəsi təmsilçiləri ilə nə qədər başabaş oynaya bildiklərini görmək baxımından yaxşı, əsl sınaq olacaq. "Neftçi"nin indiki çempionatda zəif çıxışını nəzərə alsaq, Premyer Liqaya iddialı "Şərurspor"la qarşılaşması heç də asan olmayacaq.
Eyni sözləri "Zirə"yə də aid etmək olar. Əsas ona görə ki, Adil Şükürovun komandası Tovuzda birinci divizion liderinin qonağı olacaq. Məlum olduğu kimi, "Zirə" gümüş medalçı olduğu ötən mövsümdəki kimi güclü deyil, daha çox qeyri-sabit çıxışı ilə diqqət çəkir. Bu görüş müəllim-tələbə qarşıdurması olacaq. Çünki Adil Şükürovun futbolçu vaxtı "Şəfa"da, yığmada baş məşqçisi olduğu Əsgər Abdullayev yenidən Tovuz klubunun "sükanı arxası"ndadır.
Qeyd edək ki, 1/8 görüşləri 2 gündə bərabər sayda keçiriləcək. Püşkə əsasən aşkar favoritlər meydan sahibi olacaqlar ki, bu, onların mərhələ keçmək şanslarını daha da artırır.
Azərbaycan kuboku, 1/8 final mərhələsi
2 dekabr (cümə)
14:00. MOİK – "Sumqayıt”
Bakı. "Bayıl Arena” stadionu
15:00. "İnter” – "Qaradağ Lökbatan”
Bakı. "İnter Arena” stadionu (CBC Sport, canlı)
16:00. AZAL – "Rəvan”
Bakı. "AZAL Arena” stadionu
17:00. "Neftçi” – "Şərurspor”
Bakı. "Bakcell Arena" stadionu
3 dekabr (şənbə)
13:00. "Turan Tovuz” – "Zirə”
Tovuz. Şəhər stadionu
13:00. "Şahdağ” – "Kəpəz”
Bakı. "Bayıl Arena”
15:00. "Qəbələ” – "Zaqatala”
Qəbələ. Şəhər stadionu
17:00. "Qarabağ” – "Səbail”
Bakı. "Azərsun Arena” (CBC Sport, canlı)