1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Şahrudin mənə zəng edərək üzr istədi" - MÜSAHİBƏ
"Qəbələ”nin kapitanı Rəşad Sadiqovun Sportnet.az-a müsahibəsim
- "Qarabağ”la matçdan 2 gün keçsə də, hələ də müzakirələr davam edir. Həmin ab-havadan çıxa bilmisinizmi? Ümumiyyətlə, artıq hər şeyi soyuq başla təhlil edəndə hansı qənaətə gəlirsiniz?
- İki komandanın futbolçuları arasında qarşıdurma daha çox emosiyalarla bağlı idi. Oyundan dərhal sonra müsahibəmdə bildirdim ki, rəqibin futbolçusu Şahrudin Məhəmmədəliyev belə qeyri-etik jest etməməli idi. Onu düz demişəm. Gənc futbolçuya belə şey yaraşmaz. Ancaq döymək, öldürmək kimi sözlərim daha çox emosiyalarla bağlıdır. Futbolda kim kimi öldürür ki? Sadəcə, kimsə sənə qarşı nəsə edir, sən də hirslənərək çılğın şəkildə cavabını verirsən. Bu, adi bir şeydir. Şahrudinlə söhbət eləmişik. Başa düşüb səhvini. Hər şeyi yoluna qoymuşuq.
- Özü zəng etmişdi?
- Bəli. Şahrudin də bildirdi ki, emosiyalara qapılıb. Belə xoşagəlməz şey qol sevincini çılğın şəkildə qeyd etməsi nəticəsində olub.
- Hərəkətinə görə üzr istədi?
- Bəli, üzrxahlıq etdi. Dedi ki, həmin epizodda özümü cilovlaya bilmədim. Futbolda belə şeylər olur. Onu başa düşdüm, bir böyük kimi məsləhətlərimi verdim. Dedim ki, belə şey etmək olmaz. Özü də səhvini anladı. Təbii ki, onun ünvanına dediklərimdə nəsə məqsəd güdmürdüm. Şahrudin də başa düşdü ki, söylədiklərim daha çox emosiyalarla bağlıdır. Görürsən ki, bəzən açıqlamalarda artıq sözlər olur. Bu, olan şeydir. Artıq problem yoxdur, hər şeyi yoluna qoyduq. Əslində, vəziyyət bu həddə çatmayacaqdı. Oyunun tempini, hər şeyi baş hakim Rəhim Həsənov "öldürdü.” Onun idarəçiliyi emosiyaları artırdı, vəziyyəti korladı.
- Yəni, hər şeyin günahkarı baş hakimdir. Onun səhvləri olmasaydı, vəziyyət belə olmayacaqdı...
- Hər halda, bu dərəcədə gərginlik olmayacaqdı. Rəqib adi epizodlarda qollar vursaydı, məsələ bu dərəcədə də şişməyəcəkdi.
- "Qarabağ”da oynamısan, kapitanı da olmusan. Bu komandada ab-hava başqadır və futbolçularla bağlı qeyri-etik hərəkətlər müşahidə olunmur. Belə olan halda, Məhəmmədəliyevin hərəkəti səndə təəccüb doğurmadı?
- "Qarabağ”da 3,5 il oynamışam, can qoymuşam. Bu klubdan xoş xatirələrlə ayrılmışam. Bilmirəm, bəlkə qələbə topunun son saniyələrdə vurulmasına görə belə emosional vəziyyətdə olub. Futbolda olur belə şeylər.
- Ümumiyyətylə, son vaxtlar gənc futbolçularla meydanda problemlərin olur. "Zirə" ilə Qəbələdəki matçda Vüqar Mustafayevlə mübahisən oldu. Bəs bu, nə ilə bağlıdır?
- Onda adi oyun epizodu idi. Vüqar komanda yoldaşıma qarşı kobud oynamışdı. Mən də ondan söz soruşanda kobud cavab verdi. Bu da gənclərin özlərini aparmalarından irəli gəlir. "Qəbələ”dən öncə "Neftçi” və ”Qarabağ”da da gənc futbolçularla oynamışam. Hamı bilir ki, onlara necə dəstək olmuşam. Legionerlərin gənclərə söz demələrinə imkan verməmişik. Gənc oyunçularımız hərəkətlərinə fikir versələr, özlərindən böyüklərə hörmət etsələr, yaxşı olar.
- "Qarabağ”la matçda mübahisəli epizodların təkrarına baxmısan?
- Açığı, yox. Çünki baxıb boşuna hirslənmək istəmirəm. Əsəblərim onsuz da pozulub, oyundan sonra səhərədək yatmamışam. Ona görə də ikinci dəfə baxıb özümü pis hiss etmək istəmirəm. Bir az özümə gəlib, sonra baxacağam.
- Artıq 2 gün sonra kubokda oyununuz var. Komandanın üzərində psixoloji yük varmı ki, bu, problem yaradacaq?
- Bu gündən məşqlərə başladıq. Bizə psixoloji cəhətdən çox ağır olacaq. Ancaq başqa yolumuz da yoxdur. Toparlanıb hazırlaşmalıyıq.
- Ümumiyyətlə, Rəhim Həsənovun idarəçiliyindən indiyədək nə qədər əziyyət çəkmisiniz? Onun idarəçilyində hansı məqam diqqətinizi çəkib?
- Rəhimin səhvləri az olmayıb. Belə hamısı yadıma düşməyəcək, ancaq hər halda, xətaları olub. Rəhim çox vərəqə paylayan hakimdir. Oyunda ən azı 4-5 sarı vərəqə verir.
- Komanda yoldaşın Asif Məmmədov müsahibəsində bir məqama diqqət çəkib. Onun sözlərinə görə, Rəhim Həsənov penaltini verəndən sonra köməkçisi Əliyar Ağayevə mütaciət edib ki, əjdaha, orada əllə oyun var idi, yoxsa yox...
- Əliyarın o epizodu görməsi çətin idi. Onun mövqeyindən aydın görünməzdi. Çünki Vitali Vernidubun arxası Ağayevə tərəf idi. İnanmıram ki, Əliyar topun ələ dəyib-dəymədiyini müəyyənləşdirə bilsin. Aşkar görünür ki, top Vernidubun sifətinə dəyib. Dodağı da qanamışdı, bunu baş hakimə göstərdi. Ancaq Rəhim buna məhəl qoymadı və ona görə pis olduq. Həsənovun "əjdaha" deyəndə kimi nəzərdə tutduğunu söyləyə bilmərəm. Bunu özü deyə bilər.
- AFFA-nın Nizam İntizam Komitəsi "Qarabağ”ın futbolçularına ağır cəzalar, cərimələr verdi. Ancaq çıxarılan qərarda göstərildi ki, Məhəmməədliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub...
- Bundan sonra kimsə cəzalanıbsa, bunun bizə nə faydası var? 3 xalımızı aldılar. Rəqiblərimizin böyük məbləğdə cərimələnməsi nəyimizə lazımdır ki? Açıq danışaq da. 3 xalımız gedəndən sonrsa neyləyirik kiminsə cəzalandırılmağını...
- Yəni Rəhim Həsənov cəzalansaydı da, bunun sizə faydası olmayacaqdı…
- Bizə fərq etmir. Baş hakimi 3 - 5 oyun cəzalandırsan, bizə nə verir ki? Onsuz da 3 xalımız əldən gedib.
- Nəticənin ləğv olunub oyunun yenidən keçirilməsinə ümidin vardı?
- İnanmıram ki, belə şey olar.
- Hesab edirsən ki, belə olsa, ədalətli olardı?
- Bəli. Səhv penalti, oyunun artırılandan çox davam etməsi, matç bitməmiş, futbolçular mərkəzdən oyuna başlamadan baş hakimin final fitini səsləndirməsi göz qabağında oldu. Ona görə də oyunun yenidən keçirilməsi daha yaxşı, ədalətli olardı.
- İkinci qoldan sora kapitan kimi komandanı meydandan çıxarmaq istəyirdin?
- Yox, sadəcə ortada dayanmışdıq.
- Onsuz da məğlub olurdunuz. Nə fərqi var ki 1:2 və ya 0:3? Bəlkə belə düşüncələr beyninizdən keçdi?
- Belə etiraz formasında meydandan çıxmaq bir az hörmətsizlik kimi çıxardı. Ancaq haqsızlıqla üzləşəndə, əsəbi olanda əvvəl-axır ürəyndən belə şeylər keçir.
Mehman SÜLEYMANOV