Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XIII turun oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, turun mərkəzi görüşü Mançesterdə keçirilib.
"Mançester Siti" Londonun "Çelsi" klubunu qəbul edib. Bu görüşün nəticəsinə əsasən Premyer Liqanın lideri müəyyənləşib. Artıq 34 xalla siyahıya başçılıq edən Antonio Kontenin komandası 3:1 hesablı səfər səfər qələbəsi sayəsində 1-ci pillədəki mövqeyini möhkəmləndirib.
Halbuki, londonlular fasiləyə hesabda 0:1 geridə yollanıb. Ancaq qonaqlar ikinci hissədə 3 qol vuraraq vacib qələbə qazanıb. "Mançester Siti"nin son saniyələrdə 2 futbolçusu qırmızı vərəqə aldığına görə matçı 9 nəfərlə başa vurub.
Xosep Qvardiolanın "şəhərlilər"i 30 xalla "Liverpul"la 3-4-cü pillələri bölüşür.