1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Avropa Liqasına qədər irəliləyə bilərik"
"İlk hissədə istədiyimiz hesabı aldıq. Əvəzedici komandadan cəlb etdiyimiz futbolçulara şans verdik. Biz onları futbolumuza qaytarmaq istəyirik. İkinci hissədə daha çox top saxlamağa çalışdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Amma bəzi arxayınlaşmalar var idi ki, onlar olmamalıdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 1/8 finalında "Şahdağ"ı 5:1 hesabı ilə yendikləri görüşdən sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis əvəzedici komandadan dəvət edilən futbolçuların oyunundan danışıb: "Onlar həyəcanlı idi. Gənclərin meydana daxil olmasından sonra mərkəzdə səhvlərimiz oldu. Ancaq onları bağışlmaq olar. Yenə deyirəm, onlara şans vermək lazımdır. Gələcəkdə həmin səhvləri düzəldəcəklər və daha yaxşı oynamağa çalışacaqlar".
Ş.Diniyev 1/4 finalda "İnter"lə keçirəcəkləri oyundan da söz açıb: "Şanslarımız var. "İnter"lə oyun çox vacibdir. Başa düşürük ki, kubokdan Avropa Liqasına qədər irəliləyə bilərik. Ona görə də son nəfəsimizə qədər vuraşacağıq".
Zədəli Dario Frederikonun durumuna da aydınlıq gətirən baş məşqçi "Onun əzələsində yırtıq var. Həkimlər 6 həftə demişdilər, artıq 4 həftə geridə qalıb. "Kəpəz" Dariodan yox, özündən asılıdır. Onu daha tez bərpa etməyə çalışırıq".