1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Qəzada ölənlər qalib sayıldı
Kolumbiyada təyyarə qəzası nəticəsində heyətinin böyük hissəsi həlak olan Braziliyanın "Şapekoense" klubu Cənubi Amerika Kubokunun builki qalibi elan olunacaq. Sportnet.az-ın məlumatına görə, bu haqda klubun müvəqqəti prezidenti İvan Totso məlumat verib.
O, həmin turniri keçirən qurumun bunu təsdiqləyini bildirib: "Bundan əlavə, klub 2 milyon dollar mükafat alacaq. Hər şey həll olunub. Mükafatlandırma mərasiminin olub-olmayacağını bilmirəm. İndi biz bütün federasiyalardan FİFA-yadək dəstək alırıq. Xüsusilə Çapeko sakinlərindən. Biz komandanı yenidən qurmağa başlayırıq. İnsanlara futbol lazımdır. Çapeko əhalisi futbolu sevir. Buna görə işimizi dayandırmayacağıq".
Qeyd edək ki, "Şapekoense" turnirin finalına vəsiqə qazanaraq Kolumbiyanı təmsil edən rəqibi ilə matça yollanırdı. Onun heyətində həlak olan futbolçulardan 2-si Azərbaycanda - Filipe Joze Maçado "İnter"də, Villam Tieqo de Xesus "Xəzər Lənkəran"da oynayıb.