1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhim Həsənov üçün yaxşı nümunə
Almaniya Bundesliqasının son turunda "Leypstiq" - "Şalke" oyunundan sonra maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, matçın baş hakimi Bastian Dankert qonaqların qapısına təyin etdiyi penalti zərbəsində səhvini boynuna alıb və üzr istəyib.
Qarşılaşmanın artıq 1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Timo Verner 11 metrlik cərimə zərbəsi qazanıb ki, ona qarşı kobudluq edən qonaqların qapıçısı Ralf Fermann sarı vərəqə alıb. Verner final fitindən sonra baş hakimə ona qarşı kobudluğu rəqib qapıçı yox, müdafiəçi Naldonun etdiyini bildirib: "Vernerin sözlərinin əksini deməliyəm. Çünki aramızda belə bir söhbət olmayıb. Televiziyada izlədiyim təkrarlara əsasən etiraf edirəm ki, penaltidə səhv etmişəm. Çox təəssüf edirəm".
Qeyd edək ki, FİFA hakimimiz Rəhim Həsənov da Premyer Liqada "Qarabağ" - "Qəbələ" oyununda qonaqların qapısına olmayan penaltini təyin etsə də, buna görə nəinki üzr istəməyib, açıqlama da verməyib. "Leypstiq" da "Qarabağ" kimi öz çempionatının lideridir.