1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Qarabağ"ın yaxşı şansı var idi"
Azərbaycan milli komandasının qış təlim-məşq toplanışının keçirilməsinə hələ aydınlıq gəlməyib. Sportnet.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki "Report"a açıqlamasında deyib.
Xorvatiyalı mütəxəssis yanvarda klubların da hazırlıq prosesi olduğu üçün toplanışın təşkilin çətin olduğunu bildirib: "Biz birgə olmaq üçün 2-3 gün vaxt tapa bilmirik. Üstəlik, həmin ərəfədə rəqib tapmaq da çox çətindir".
Prosineçki "Qarabağ"ın bugünkü oyunu barədə də danışıb: "Bu komandanın ötən turadək əla şansı var idi. Amma bu gün çox çətin oyun olacaq. Qurban Qurbanov güclü məşqçidir. Nə edəcəyini yaxşı bilir. Lakin nəzərə almaq lazımdır ki, "Fiorentina" da əsas heyətlə gəlib. Onlara da xal lazımdır. Futbolda hər cür nəticə qeydə alına bilər. "Qarabağ"ın bu gün də şansı var. Bir məqamı da nəzərə almaq lazımdır ki, Maksim Medvedevlə Miçel cəza üzündən oynamayacaq, Rəşad Sadıqov isə hazırda tap formada deyil və bir müddət kənarda qalıb".
"Qəbələ"nin həbsdən buraxılan futbolçusu Cavid Hüseynovun hazırlıq durumuna gəldikdə, R.Prosineçki onun hələ tam formada olmadığını söyləyib: "Cavid uzun müddət futboldan, məşqdən uzaq qalıb. Formasını tam bərpa etmək üçün çalışmalıdır".