"Futbolda hər şey ola bilər. Biz son turadək şansımızı qoruduq. Pley-offa çıxmaq üçün əlimizdən gələni maksimum şəkildə yerinə yetirdik". Sportnet-az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu Avropa Liqasının son turunda "Fiorentian"a 1:2 hesabı ilə məğlub olduqları görüşdən sonra bildirib.
Onun sözlərinə görə, qrup mərhələsində hər oyunda səhv buraxıblar və növbəti sınaq üçün bundan dərs almış olacaqlar: "Düşünürəm ki, bu çıxışdan sonra növbəti mövsümlərdə daha yaxşı nəticələr göstərə bilərik. Bu matçda da yaxşı nəticə qazana bilərdik. Hesab 0:0 olanda zərbəm qapı dirəyindən qayıtdı. Halbuki, zərbəni vurandan sonra fikirləşdim ki, top qapıya gedəcək. Ancaq şanssızlıq olduğundan bu, baş vermədi. Komandamızın oyunundan, qazandığı xallardan qürur duyuram. Təcrübəyə qalsa, bu, rəqiblərimizdə daha çoxdur. Məğlub olduğumuz matçlarda xal qazanmağı bacarmasaq da, da, bu çıxış bizim üçün növbəti turnirlərdə təcrübə olacaq"
Cənubi afrikalı hücumçu əvəzlənməsinin təsadüfi olmadığını söyləyib: "Hər şey normal davam etsəydi, bəlkə də daha yaxşı oyya bilərdim. Ancaq oynadığım son 15 dəqiqəqə belimdə ağrılarım vardı. Ona görə də özümü nə qədər məcbur etsəm də, qaça bilmirdim".
Ndlovu qrupda hər 2 oyunda məğlub etdikləri PAOK-un 1/16 finala çıxmasına münasibət bildirmək istəməyib: "Başqa komandalar haqda heç bir şey şərh etməyəcəyəm. Çünki öz komandamız, öz hisslərim haqda danışa bilərəm. Yeni şeylər öyrənəcəyik, etdiyimiz səhvlərdən dərs çıxaracağıq və bunlar növbəti mövsümdə təkrarlanmayacaq"