"Qarabağ"ın avrokuboklada evdə məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu qitəmiqyaslı turnirdə bu il öz meydanında ilk məğlubiyyətini son matçında alıb. Bu, Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliyanın "Forentina" klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 1:2 hesabı ilə uduzduğu matç olub.
Qurban Qurbanovun komandası bunadək doğma azarkeşləri önündə son məğlubiyyətini də mərkəzi arenada almışdı. Bu, ötən mövsüm qrup mərhələsində son matçında - 2015-ci ilin noyabrın 26-da İngiltərənin "Tottenhem" klubuna 0:1 hesablı məğlubiyyətdir. İngiltərə millsinin də üzvü olan hücumçu Harri Keyn qarşılaşmanın 78-ci dəqiqəsində İbrahiç Şehiçin qapısına yol tapmaqla komandamızı məğlubiyətə düçar etmişdi.
Ağdam təmsilçisi 379 gündən sonra Avropada ev məğlubiyyəti alıb. Komandanın onun üçün artıq başa çatan avrokuboklar mövsümündə evdə məğlubiyyətsiz seriyası 5 oyun davam edib. "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırsa da, Çexiyanın "Viktoriya" klubuna öz meydanında məğlub olmadı - 1:1. Sadəcə, evdə qolsuz bərabərliyə imza atan Plzen təmsilçisi səfər qolu ilə mərhələ keçdi. "Qarabağ" həmin turnriin II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu "Tofiq Bəhramov"da 2:0, Avropa Liqasının pley-off mərhələsində İsveçi "Höteborq"unu 3:0 hesabı ilə məğlub etdi.
Qrupda ilk ev oyununu "Dalğa Arena"da keçriməli olan Qurban Qurbanovun yetirmələri Çexiyanın "Slovan" klubu ilə 2:2 hesablı bərabərliyə qaldı. Yunanıstan PAOK ilə Respublika stadionunda matç isə 2:0 hesablı qələbəmizlə nəticələndi.
Qeyd edək ki, "Qarabağ" ardıcıl 3-cü ildir çıxış etdiyi qrupda hər mövsümdə 1 ev məğlubiyyəti alıB. Özü də bunlar pley-offa çıxan komandalardan olur. Ağdam klubu ilk dəfə Ukraynanın "Dnepr" klubnda 1:2 hesalı uduzmuşdu. Həmin oyunda dubl edən xorvatiyalı hücumçu Nikola Kaliniç bu dəfə "Forentian"nın heyətində çempionumuz üzərində qələbədə iştirak etdi.
Mehman SÜLEYMANOV