"Mənə "komandir" deyəndə özümdə qürur hissi keçirirəm. Qarabağlıyam, amma o döyüşlərdə iştirak etməmişəm. Uşaq olmuşuq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İmarət" azarkeş qrupunun bugünkü tədbirində çıxışı zamanı bildirib. Təcrübəli müdafiəçi 2009-cu ildə Ağdam təmsilçisinə keçəndə çox tərəddüd etdiyini söyləyib: "Neftçi"də ayrılmışdım. Daha sonra gedib "Kocaelispor"da oynadım. Türkiyədən təkliflər vardı. "Rusenborq"la oyunda öncə Qurban Qurbanov mənə dedi ki, sənin kimi mərkəz müdafiəçisnə ehtiyacımız var. Düşünürdüm ki, mən gələrəm və komandanı gücləndirərəm. Amma komanda məni gücləndirdi. 28-30 yaşımda karyeramı bitirəcəyəmi fikirləşirdim".
Sadıqovun sözlərinə görə, "Qarabağ"ın qəribə ruhu var. "Eskişehirspor"a getdim, amma darıxırdım. Əslində, böyük fədakarlıq yoxdur. Zədəm dözüləsidir ki, meydana çıxıram. Dözülməz olsa, çıxmaram".
Rəşad Avropa Liqasının qrup mərhələsinin son turunda "Fiorentina"ya məğlubiyyətə görə çox məyus olduğunu deyib: "Çox istəyirdik ki, bu mərhələni keçək. Bu məğlubiyyətimiz uğursuzluq kimi qeydə alınırsa, deməli, bizə inanırlar. Bizdən daha çox şey istəyirlər. Çox təəssüf edirəm ki, qrupu keçə bilmədik. Biz "Fiorentina" ilə oyunda heç-heçə də edə bilərdik. Amma biləndə ki, PAOK udur, hücuma atıldıq və əlimizdən gələni edək. Çox təəssüf ki, alınmadı. Düşünürəm ki, gələcəkdə mərhələ adlayacağıq və azarkeşlərimizi sevindirəcəyik"