1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Boavişta"nın baş məşqçisi: "Qələbə yolumuza qayıtmaq üçün.."
"Biz qətiyyətsiz oyun göstərdik. Matç ərzində bir neçə səhv etdik ki, bu da oyunun keyfiyyətinə təsir göstərdi. Sonadək mübarizə aparmır, özümüzə inanmırdıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Portuqaliyanın "Boavişta" klubunun baş məşqçisi Migel Leal ölkə çempionatında "Gimaraynş"a evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra bildirib.
O, komandasının nümayiş etdirdiyi oyundan razı qalmayıb: Çoxlu zərbələr vurduq, çoxlu hücum etdik, top daha çox bizdə idi. Ancaq sonda məğlub tərəf olduq. Biz bacarığımızı qiymətləndirərək səhvlərimizi düzəltməliyik. Qələbə yolumuza qayıtmaq üçün sakit və özünəinamlı olmalıyıq. Bu, gələcəkdə bizə müsbət nəticələr qazanmağa imkan verəcək. "Boavişta" liqada özünü təsdiqləmiş komandalardandır. Mən tam əminəm ki, əvvəlkindən daha yaxşı çıxış edə biləcəyik. Hesab edirəm ki, düşdüyümüz vəziyyətdən çıxmaq üçün daha çox işləməliyik".
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" ardıcıl 2 turdur meydanı məğlub tərk edir. Hər 2 futbolçu bu qarşılaşmalarda meydanda olub.